PHP proqramı

PHP əsasən, internetlə əlaqəli olan proqramdır və onunla web səhifələri düzəltmək mümkündür. Amma onu da bilmək lazımdır ki, PHP digər məqsədlər üçün də işlədilir. 

Ümumiyyətlə, nəyə görə belə proqramlar yaradılır? Bu cür kodlaşdırma səbəbi nədir?
Siz kimdənsə nə isə öyrənmək istəyəndə, ilk əvvəl etdiyiniz şey ona sual vermək və sonra soruşduğunuz suala uyğun cavabın sizə bildirilməsini gözləməkdir. Eyni sistem ilə də, kompüter informasiya sistemi qurulmuşdur.
Yəqin ki, Server adlı nə isə eşitmisiniz. Serverlərdə də eynilə insanlar kimi, onlara deyilən (yazılan) məlumatlar saxlanılır və ona sorğu verəndə, o, sorğuya uyğun məlumatı tapır və sizə cavab verir. Sadəcə olaraq, o fikirləşmir, axtarış aparır, yəni məlumatı axtarır (uyğun sorğunu, əmri) və məlumatın sizə ötürülməsi üçün bizim kimi danışmır, ancaq müəyyən edilmiş proqram təminatından istifadə edərək cavab verir. Bu proqramlar aşağıdakılardır və hamısının ümumi funksiyası serverlə sifarişçi (yəni siz) arasında əlaqə yaratmaqdır.
Internet Explorer və ya hər hansı bir web browser — siz sorğunu burda yazırsınız və ünvanlayırsınız (kimdən cavab gələcək)
PHP vasitəsi ilə əmr vermək üçün sorğu düyməsi yarada bilirsiniz və PHP dilində sorğunu göndərirsiniz. Buna oxşar dillər (HTML, ASP və s.)
Apache və ya MySQL - bu proqramlar vasitəsi ilə serverlə əlaqə yarada bilərsiniz və sonra o, məlumatı sizə göndərir.
Bu qədər sadə dil məncə bəs edər.

Hiç yorum yok:

Yorum Gönder