HTML NƏDİR

  HTML- sənədi vastəsi ilə INTERNET saytları yaradılır. INTERNETdə saytı iki cür yaradırlar:
  1. Hazır proqramlar vasitəsi ilə.
  2. HTML vastəsi ilə.
  Hazır proqramlar vasitəsi ilə yaradılan sənədin müsbət cəhəti odur ki , bu proqramları istifadə etməklə tez bir zamanda WEB SAYTı yaratmaq olar, amma mənfi cəhət ondadır ki , burada səhv çıxdıqda onu tapmaq çətin olur.
  HTML sənədindən istifadə etdikdə isə səhvin harda olduğun artıq bilirsən, lakin bu sənəddə WEB SAYTı yaratmağa vaxt çox gedir.
  Ona görə də HTML-i bilib sonra hazır proqramlardan istifadə etmək lazımdır.
  Hazır proqramlara misal olaraq Java Script Builder,FrontPage və s. proqramları göstərmək olar.
  Biz burada HTML-i öyrənəcəyik.
  HTML-də sənədi yazmaq üçün əvvəlcə Notepad və ya Wordpad-i çağırırlar . Sənədin HTML faylı olması üçün onu yaddaşda saxlayarkən faylın genişlənməsini HTM və ya HTML kimi yazmaq lazımdır.
  HTML sənədini açılıb bağlanan <HTML> və </HTML> teqləri arasında yazırlır ,bu sənəd iki hissədən ibarətdir.
  1. Sənədin başlığı  (açılıb bağlanan <HEAD> və </HEAD> teqləri)
  2. Sənədin gövdəsi (açılıb bağlanan <BODY> və </BODY> teqləri)
  Sənədin başlığında yazılanların əksəriyyəti ekrana çıxmır, sənədin gövdəsində yazılanların isə əksəriyyəti ekrana çıxır.
  Sənədi yaratmaq üçün aşağıdakıları yazmaq lazımdır.
  <HTML>
   <HEAD>
    Sənədin məzmunu
   </HEAD>
   <BODY>
    Sənədin gövdəsinin məzmunu
   </BODY>
  </HTML>
  HTML
 sənədində yazarkən onu da yadda saxlamaq lazımdır ki , teqlərin arasında məsafə saxlamaq olmaz , əgər məsafə olarsa bu teq səhv olacaq və realizə olunmayacaq.
Məs:< BR >,< BR>,<BR > səhv, <BR> doğrudur.

Hiç yorum yok:

Yorum Gönder